Honqkonqda çoxmərtəbəli yaşayış kompleksində yanğın nəticəsində həlak olanların sayı 36-ya yüksəlib, 279 nəfər itkin düşmüş hesab olunur
Honqkonqda çoxmərtəbəli yaşayış kompleksində yanğın nəticəsində həlak olanların sayı 36-ya yüksəlib, 279 nəfər itkin düşmüş hesab olunur

 

Honqkonqda çoxmərtəbəli yaşayış kompleksində yanğın nəticəsində həlak olanların sayı, son məlumatlara əsasən, 36-ya yüksəlib, 279 nəfər isə itkin düşmüş hesab olunur. Bu haqda Honqkonq Administrasiyasının rəhbəri Con Li bildirib.

Con Linin izahatına əsasən, hazırda 29 nəfər xəstəxanaya aparılıb, onlardan yeddisinin vəziyyəti kritikdir.

Eyni zamanda, yanğınsöndürmə briqadaları hələ də yanğını söndürməyə çalışırlar.

Yanğının baş verdiyi yaşayış kompleksi səkkiz binadan ibarətdir və 4 600 nəfərin yaşadığı iki minə qədər mənzilə malikdir.

Medianın məlumatına əsasən, yanğın ərazidə yeraltı təmir işləri aparılarkən baş verib. Bir neçə binanın ətrafında bambuk iskələlər var və yanğının əvvəlcə məhz bu konstruksiyada başladığını ehtimal edirlər.