Honq Konqda koronavirusun 19 yeni halı aşkar edildi. Buradan 14 hal daxili yoluxma nəticəsidir, beş hal isə, xaricdən daxil ediləndir.
“CNN”-nin məlumatına görə, Honq Konqda karantinin sərtləşdirilmiş qaydaları bu gündən qüvvəyə mindi.
Həmçinin toplantı yerləri barəsində məhdudiyyətlər sərtləşdirildi. Yeni tənzimləməyə əsasən, dörd insandan artıq insanın toplaşması qadağandır. Bar və restoranlarda bir masada yalnız dörd insan otura bilər.
Yerli hakimiyyət qeyd olunan qərarı koronavirusun hallarının artması fonunda qəbul etdi.
“CNN”-nin məlumatına görə, Honq Konqda koronavirusun üçüncü dalğasıdır.