Honq Konqda koronavirus ilə ölümün ilk halı qeydə alındı. Beləliklə yeni növ koronavirusla həlak olanların sayı 427-ni təşkil etdi. Buradan bir insan Filippində həlak olub.
Bununla yanaşı, Çində koronavirusa yoluxanların sayı 20 mini aşdı. 151 hal dünyanın daha 23 ölkəsində aşkar edilib.
Çində yeni növ koronavirusun yayılmasına görə, Dünya Səhiyyə Təşkilatı qlobal miqyaslı fövqəladə durum elan etdi.