Honq-Konq Hava Limanında yük təyyarəsi eniş zamanı uçuş-enmə zolağından çıxıb, patrul avtomobilinə çırpılıb və dənizə düşüb, iki nəfər həlak olub
Honq-Konq Hava Limanında yük təyyarəsi eniş zamanı uçuş-enmə zolağından çıxıb, patrul avtomobilinə çırpılıb və dənizə düşüb. Hadisə nəticəsində hava limanının mühafizə xidmətinin iki əməkdaşı həlak olub.
“Reuters”in məlumatına əsasən, təyyarənin göyərtəsində olan dörd ekipaj üzvünün hamısı xilas olub.
Honq-Konq Hava Limanının əməliyyatlar üzrə icraçı direktorunun bəyanatına əsasən, hava limanının mühafizə xidmətinin bir əməkdaşı hadisə yerində, digəri isə xəstəxanaya aparıldıqdan sonra dünyasını dəyişib.
Hadisəyə nəyin səbəb olduğu hələlik bilinmir. Hadisə ilə bağlı istintaq başladılıb.