Hollandiya Serbiya və Monteneqro vətəndaşları üçün sərhədlərini yenə bağladı
Hollandiya hökumətinin qərarı ilə, Serbiya və Monteneqro vətəndaşları üçün sərhədlər yenə bağlandı. Buna səbəb, qeyd olunan ölkələrdə koronavirus hallarının artmasıdır.
Hollandiya Serbiya və Monteneqro vətəndaşları üçün sərhədlərini iyulun birində açdı.
Serbiyada son 24 saat ərzində koronavirusun 299 yeni halı aşkar edildi. Ümumilikdə ölkədə virusun 2 942 halı qeydə alınıb.
Monteneqroya gəldikdə, burada 24 saat ərzində koronavirusun 907 yeni halı aşkar edildi, 17 insan vəfat etdi.