Hollandiya Gürcüstana yoluxmanın "çox yüksək risk ölkəsi" statusu verdi
Hollandiya Gürcüstana yoluxmanın “çox yüksək risk ölkəsi” statusu verdi. Qərar qüvvəyə 8 avqustdan minəcək.
Bəyanatda qeyd olunur ki, Gürcüstandan Hollandiyaya daxil olan yolçulara qarşı məcburi 10 günlük izolasiya/karantin olacaq.
“Nəzərinizə çatdırırıq ki, 8 avqustdan, Hollandiya Səhiyyə Nazirliyinin qərarı ilə, Gürcüstana yoluxmanın “çox yüksək risk ölkəsi” statusu veriləcək. Habuki, gürcüstan üçün narıcı kodu yenə də qüvvədə olacaq və ona qarşı qırmızı kod verilməyəcək. Bu deməkdir ki, 8 avqustdan Gürcüstandan Hollandiyaya turist məqsədilə gələn yolçu vaksinasiyanı təsdiq edən arayışı/sertifikatı təqdim etməlidir, eləcə də koronavirus üzrə son 72 saat ərzində edilmiş PCR testin mənfi cavabını (tam vaksinasiya + PCR test). Bundan başqa, Gürcüstandan Hollandiyaya daxil olan yolçulara qarşı məcburi 10 günlük izolasiya/karantin olacaq, bu hamıya aiddir, o cümlədən vaksinasiya olunmuş yolçulara. İzolasiyada olan yolçu, beşinci günütestləşdirmə edə bilər və mənfi cavab təqdirində izolasıyanı tərk edə bilər”, – bəyanatda deyilir.