Hökumətin strukturunda regional siyasət məsələləri üzrə dövlət naziri vəzifəsi yaradılacaq və bu vəzifəni Mamuka Mdinaradze tutacaq

20:25, 29.07.2026

 

Gürcüstan hökumətinin strukturunda regional siyasət məsələləri üzrə dövlət naziri vəzifəsi yaradılacaq.

Bu barədə Gürcüstanın Baş naziri İrakli Kobaxidze Hökumət Administrasiyasında keçirilən brifinqdə bəyan edib.

O, qeyd olunan vəzifəni Mamuka Mdinaradzenin tutacağını deyib.

Baş nazirin izahına əsasən, Mamuka Mdinaradze vitse-baş nazir vəzifəsini də icra edəcək.

Bununla yanaşı, İrakli Kobaxidze sentyabrda Regional İnkişaf Nazirliyinin ləğv ediləcəyini və nazir Kaxaber Quledaninin Gürcüstanın infrastruktur nazirinin birinci müavini vəzifəsini tutacağını bəyan edib.

Oxşar