Hökumətin strukturuna Mamuka Mdinaradzenin tutacağı hüquq-mühafizə orqanlarının koordinasiyası məsələləri üzrə dövlət naziri vəzifəsi əlavə olunacaq
Hökumətin strukturuna Mamuka Mdinaradzenin tutacağı hüquq-mühafizə orqanlarının koordinasiyası məsələləri üzrə dövlət naziri vəzifəsi əlavə olunacaq

 

Gürcüstanın hökumət strukturuna hüquq-mühafizə orqanlarının koordinasiyası məsələləri üzrə dövlət naziri vəzifəsi əlavə olunacaq. Bu vəzifəni Mamuka Mdinaradze tutacaq – bu haqda Gürcüstanın Baş naziri İrakli Kobaxidze brifinqdə deyib.

Baş nazir Mamuka Mdinaradzeyə həmçinin Gürcüstanın vitse-baş naziri vəzifəsinin həvalə olunacağını bildirib.

Dövlət Təhlükəsizliyi Xidmətinin rəhbəri vəzifəsində isə Qeka Qeladze Mamuka Mdinaradzeni əvəz edib.