Hökumətin sərəncamı ilə, Ukraynadakı hərbi əməliyyatlara görə Gürcüstana daxil olmuş Ukrayna vətəndaşları və Ukraynada daimi yaşamaq hüququ olan şəxslər ailə başına 300 lari, adambaşına isə 45 lari məbləğində yardım alacaqlar

Ukraynadakı hərbi əməliyyatlara görə Gürcüstana daxil olmuş Ukrayna vətəndaşları və Ukraynada daimi yaşamaq hüququ olan şəxslər 2025-ci ilin iyulun 1-dək ailə başına 300 lari, adambaşına isə 45 lari məbləğində yardım alacaqlar.

Müvafiq sərəncam Gürcüstan hökuməti tərəfindən verilib. Sərəncamı baş nazir İrakli Kobaxidze imzalayıb.

Maliyyə yardımının verilməsini Sosial Xidmətlər Agentliyi təmin edəcək.

Bundan əlavə, hökumətin sərəncamı ilə Gürcüstanın Səhiyyə Nazirliyi 2022-ci ilin fevralın 1-dən 2025-ci ilin iyulun 1-nə qədər Gürcüstana daxil olmuş və davamlı olaraq Gürcüstanda qalan Ukrayna vətəndaşlarını tibbi xidmətlərlə təmin edəcək.