Səhiyyə Nazirliyi Ukrayna ərazisindəki hərbi əməliyyatlara görə Gürcüstana daxil olmuş və davamlı olaraq qalan Ukrayna vətəndaşlarını tibbi xidmətlərlə təmin edəcək

17:50, 03.04.2025

 

Gürcüstanın İşğal Olunmuş Ərazilərindən Məcburi Köçkünlər, Əmək, Səhiyyə və Sosial Müdafiə Nazirliyi Ukrayna ərazisindəki hərbi əməliyyatlara görə 2022-ci ilin fevralın 1-dən 2025-ci ilin iyulun 1-nə qədər Gürcüstana daxil olmuş və davamlı olaraq Gürcüstanda qalan Ukrayna vətəndaşlarını tibbi xidmətlərlə təmin edəcək.

Müvafiq sərəncamı baş nazir İrakli Kobaxidze imzalayıb.

Sənədə əsasən, Ukrayna vətəndaşları 2025-ci ilin iyulun 1-dək aşağıdakı tibbi xidmətlərdən yararlanacaqlar:

İmmunizasiya; vərəmin və İİV/QİÇS-in müalicəsi, o cümlədən xüsusi dərman preparatları ilə təminat;
Ana və uşaq sağlamlığı, o cümlədən antenatal nəzarət və yeni doğulmuş körpələrin skrininqi;
Psixi sağlamlıq;
Diabetin idarə edilməsi, o cümlədən dərman preparatları ilə təminat;
Dializ;
Nadir xəstəliklərdən əziyyət çəkən və daimi əvəzləmə müalicəsi tələb edən pasiyentlərin müalicəsi;
Referal xidmətlər – təcili tibbi xidmətlər, o cümlədən doğuş, təcili immunizasiya.

Oxşar