Hökumətin sərəncamı ilə, Quriyadakı təbii fəlakət nəticəsində yaranan ehtiyaclar üçün ehtiyat fondundan 2 569 048 lari ayrıldı
Hökumətin sərəncamı ilə, Quriyadakı təbii fəlakət nəticəsində yaranan ehtiyaclar üçün ehtiyat fondundan 2 569 048 lari ayrıldı

 

Gürcüstan hökumətinin sərəncamı ilə, təbii fəlakət nəticəsində yaranan ehtiyacların qarşılanması üçün Quria bölgəsinə hökumətin ehtiyat fondundan 2 569 048 lari ayrılıb.

Ayrılmış vəsait Quria bölgəsinin hər üç munisipaliteti arasında bölünəcək.

Hökumət Administrasiyasının məlumatına əsasən, sərəncam üzrə təbii fəlakətin nəticələrinin aradan qaldırılması üçün Ozurqeti Munisipalitetinə – 1 228 062 lari, Çoxatauri Munisipalitetinə – 794 968 lari, Lançxuti Munisipalitetinə isə 546 018 lari ayrılacaq.

Sərəncamı Gürcüstanın Baş naziri İrakli Kobaxidze imzalayıb.