Hökumətin qərarına əsasən, İkinci Dünya Müharibəsi iştirakçılarına 1000 lari, İkinci Dünya Müharibəsində həlak olanların ailə üzvlərinə isə 500 lari veriləcək.
Gürcüstan hökumətinin qərarına əsasən, faşizm üzərində Qələbənin 77-ci ildönümü münasibətilə İkinci Dünya Müharibəsi iştirakçılarına 1000 lari, İkinci Dünya Müharibəsində həlak olanların ailə üzvlərinə isə 500 lari veriləcək, – baş nazirin mətbuat xidməti xəbər verir.
Onların sözlərinə görə, müvafiq sərəncamı artıq Gürcüstanın baş naziri İrakli Ğaribaşvili imzalayıb.
“İkinci Dünya Müharibəsi iştirakçılarına və İkinci Dünya Müharibəsi qurbanlarının ailələrinə birdəfəlik maddi yardım Gürcüstanın İşğal olunmuş Ərazilərinin Qaçqınlar, Əmək, Səhiyyə və Sosial Məsələlər Nazirliyinin Sosial Xidmətlər Agentliyi tərəfindən həyata keçirilir ”, – baş nazir bildirib.