Hökumətin qərarına əsasən, İkinci Dünya Müharibəsinin iştirakçıları bir dəfəlik 2 000 lari, İkinci Dünya Müharibəsində həlak olmuş şəxslərin ailə üzvləri isə 1 000 lari alacaqlar.
Gürcüstan hökumətinin qərarına əsasən, faşizm üzərində qələbənin 81-ci ildönümü ilə əlaqədar, II Dünya Müharibəsinin iştirakçıları bir dəfəlik pul şəklində sosial yardım olaraq 2 000 lari, II Dünya Müharibəsində həlak olmuş şəxslərin ailə üzvləri isə 1 000 lari alacaqlar.
Maliyyə yardımı Vətəndaş İşləri üzrə Dövlət Xidmətinin veteranların qeydiyyat elektron bazasında qeydiyyatdan keçmiş II Dünya Müharibəsi iştirakçılarına və həlak olmuş şəxslərin ailə üzvlərinə veriləcək.
Qərara əsasən, Gürcüstanın bütün ərazisində (Tbilisi şəhərində qeydiyyatda olan II Dünya Müharibəsi iştirakçıları və həlak olmuşların ailə üzvləri istisna olmaqla) bir dəfəlik pul şəklində sosial yardımın verilməsini Sosial Xidmətlər Agentliyi təmin edəcək. Tbilisidə qeydiyyatda olan II Dünya Müharibəsi iştirakçıları və həlak olmuşların ailə üzvlərinə pul yardımı üçün müvafiq vəsaitin ayrılmasını isə Tbilisi meri təmin edəcək.