Hökumətin qərarına əsasən, 2010-cu ilə qədər verilmiş diplomların tanınması ilə bağlı qanunvericilik dəyişiklikləri hazırlanacaq
Gürcüstan hökumətinin qərarına əsasən, parlamentə qanunvericilik dəyişiklikləri təqdim olunacaq ki, bunun əsasında minlərlə vətəndaşın 2010-cu ilə qədər verilmiş diplomların tanınması ilə bağlı problemləri həll olunacaq – bu barədə Gürcüstanın Təhsil, Elm və Gənclər naziri Givi Miqanaadze bildirib.
Nazirin sözlərinə görə, dəyişikliklərə əsasən 4 illik gündüz və 5 illik qiyabi təhsil eyni şəkildə tanınacaq.
Onun sözlərinə görə, bu dəyişiklik həm universitetə tanınmış rejimdə qəbul olunub, lakin tanınmayan rejimdə təhsili başa vurmuş tələbələrə, həm də ali təhsil müəssisələri tərəfindən lisenziya alınmazdan əvvəl universitetə qəbul edilmiş vətəndaşlara aid olacaq.
“Belə bir vəziyyət var idi – bizim vətəndaşlar 4 illik proqramda eyni sayda fənləri keçirdilər və 5 illik qiyabi təhsildə olduğu kimi eyni ixtisası alırdılar. Amma mövcud qanunvericiliyə əsasən 5 illik proqram magistr dərəcəsinə, 4 illik isə bakalavr dərəcəsinə bərabər tutulurdu. Dəyişikliklər nəticəsində 4 illik proqramı bitirənlər magistr dərəcəsinə bərabər diplom alacaqlar ki, bu da onların məşğulluğuna ciddi şəkildə kömək edəcək.
2010-cu ilə qədər, vahid sistem formalaşmazdan əvvəl, təhsil sahəsində tələbələrin məlumatlarını təmin edən reyestr yox idi. Elə hallar olurdu ki, bəzi universitetlər akkreditasiyası olmadığı halda abituriyentləri bu barədə məlumatlandırmırdılar və onları qəbul edirdilər. Daha sonra diplom veriləndə məzunların tanınma problemi yaranırdı.
Bundan əlavə, bəzi ali təhsil müəssisələrinin müəyyən müddət ərzində lisenziyası olub, sonra isə təhsil dövründə lisenziyaları ləğv olunub. Tələbələr bu barədə məlumatlandırılmırdı və məzun olduqdan sonra diplomlarının tanınması ilə bağlı problemlərlə üzləşirdilər.
Təqdim edilən qanunvericilik dəyişiklikləri bu uzunmüddətli və problemli proseslərə son qoyacaq. Vətəndaşlar diplomların tanınması üçün məhkəmələrə müraciət etmək məcburiyyətində qalmayacaqlar və bu proses birdəfəlik aradan qalxacaq, minlərlə vətəndaşın diplomu tanınacaq”, – deyə Givi Miqanaadze bildirib.