Hökumətin qərarı ilə yanvarın 5-i və 6-sı qeyri-iş günləri elan edildi
Hökumətin qərarı ilə yanvarın 5-i və 6-sı qeyri-iş günləri elan edildi

 

Gürcüstan hökumətinin qərarı ilə 2026-cı ilin yanvarın 5-i və 6-sı qeyri-iş günləri elan edildi.

Müvafiq qərar qanunvericilik carçısının veb saytında bu gün dərc edilib.

“İnzibati orqan tabeliyində olan/sisteminə daxil olan və funksiyalarının yerinə yetirilməsi dövlət hakimiyyətinin həyata keçirilməsi və cəmiyyətin normal fəaliyyəti üçün təxirəsalınmaz zərurət daşıyırsa, bu qərarın şamil edilməyəcəyi xidmətləri/işçiləri müəyyən edir.

Qərar Gürcüstan Milli Bankının nəzarəti altında olan şəxslər qarşısında yerinə yetirilməli olan maliyyə öhdəliklərinə şamil edilmir.

Qərar “Dövlət satınalmaları haqqında” Gürcüstan qanunu ilə nəzərdə tutulmuş dövlət satınalmaları ilə bağlı fəaliyyətə, o cümlədən həmin qanunun 3-cü maddəsinin 1-ci bəndinin “a.t” yarımbəndi ilə nəzərdə tutulmuş satınalmalarla bağlı və dövlət satınalmaları ilə bağlı davaların müzakirəsi şurasının fəaliyyətinə şamil edilmir” – Gürcüstanın Baş naziri İrakli Kobaxidzenin imzaladığı sənəddə qeyd olunub.