Hökumətin qərarı ilə Gürcüstanın həndbol milli komandasına pul mükafatı, bir milyon lari veriləcək
Hökumətin qərarı ilə Gürcüstanın həndbol milli komandasına pul mükafatı, bir milyon lari veriləcək

 

Gürcüstan hökumətinin qərarı ilə Gürcüstanın həndbol milli komandasına Avropa çempionatına vəsiqə qazandığı üçün pul mükafatı, bir milyon lari veriləcək. Müvafiq fərmanı baş nazir İrakli Kobaxidze imzalayıb.

Gürcüstanın həndbol milli komandası “Tbilisi Arena”da keçirilən həlledici oyunda bu gün Yunanıstan yığmasını məğlub etdi və ardıcıl ikinci dəfə Avropa çempionatında mübarizə aparmaq hüququ qazandı.

Hökumət Administrasiyasının məlumatına əsasən, baş nazir prezident və hökumətin üzvləri ilə birlikdə oyunda iştirak edib. İrakli Kobaxidze həndbol milli komandasının üzvlərinə təşəkkür edib, onları qələbə münasibətilə təbrik edib və uğurlar arzulayıb.