Hökumətin qərarı ilə, Avropada təhsil alan tələbələr üçün Budapeşt istiqamətinə reys yerinə yetiriləcək
Hökumətin qərarı ilə, Avropada təhsil alan tələbələr üçün Budapeşt istiqamətinə reys yerinə yetiriləcək

Hökumətin qərarı ilə, Avropada təhsil alan tələbələr üçün Budapeşt istiqamətinə reys yerinə yetiriləcək.

Baş nazir, Giorgi Qaxariyanın hökumətin bu günki iclasında bəyan etdiyinə görə, biletin qiyməti 199 avrodan çox olmayacaq.

“Bildiyiniz kimi, tədris ili yalnız Gürcüstanda deyil, xaricdə də başlayır. Bir çox vətəndaşımız, müxtəlif proqramlarla və istedadları ilə xaricdə təhsil alırlar. Biz artıq Almaniya istiqamətinə iki reys həyata keçirdirk. Bu 25 iyulda və 11 avqustda idi. Lakin tələb yenə də var və yeni istiqamət – Budapeşt müəyyənləşdirildi. Reys yaxın zamanda təyin olunacaq. Reys yalnız tələbələr üçün olmayacaq və biletin qiyməti 199 avrodan çox olmayacaq. Tələbə müvafiq olaraq qeyd olunan proqramı da davam etdirəcəyik”, – Qaxariya bəyan etdi.