Hökumətin formalaşdırılması məsələsi üzrə Mamuka Baxtadze Parlament çoxluğu üzvləri ilə görüşür
Baş nazirliyə namizəd, Mamuka Baxtadze Parlament çoxluğu üzvləri ilə görüşür. Deputatlar “Gürcü Arzusu” partiyası ofisində toplaşdılar. Görüşdə söhbət nazirlər kabinetinin tərkibi və nazirliklərin birləşdirilməsi məsələsinə aid olacaq.
Parlament çoxluğu üzvlərindən biri, Zaza Qabuniyanın bəyanatına görə, dünən Mamuka Baxtadzenin kiçik ölçülü hökumət haqqında bəyan etdiyi barəsində ictimaiyyət tezliklə məlumatlandırılacaq.
Parlament çoxluğu üzvü, Zakariya Kutsnaşvilinin məlumatına görə, Baş nazirliyə namizəd ilə görüşdə söhbət hökumətin formalaşdırılması barəsində olacaq.
Baş nazirliyə namizəd, Mamuka Baxtadze bəyan etdi ki, “Bizə kiçik ölçülü, eyni zamanda çox operativ və çevik hökumət lazımdır”.