Hökumətin fərmanına əsasən, matəm günü ilə əlaqədar olaraq oktyabrın 11 -də bütün Gürcüstan ərazisində dövlət bayraqları endiriləcək

14:19, 09.10.2021

Gürcüstan hökuməti administrasiyasından verilən məlumata görə, Gürcüstan hökuməti 11 oktyabrı matəm günü elan edən bir fərman imzalayıb.

Gürcüstanın Baş naziri İrakli Ğaribaşvilinin imzaladığı fərmana əsasən,  2021 -ci ilin 8 oktyabrında Batuminin 26 May küçəsindəki yaşayış binasının çökməsi nəticəsində qurbanları xatirəsinə, 11 oktyabr matəm günü elan edildi.

Hökumət fərmanına əsasən, matəm günü ilə əlaqədar olaraq, 11 oktyabr 00: 00 -dan 12 oktyabr 00: 00 -dək bütün Gürcüstan ərazisində dövlət bayraqları endiriləcək.

Oxşar