Hökümət Tbilisi meriyasına paytaxt infrastrukturunun qaydaya salınması üçün 30 milyon lari ayıracaq
Tbilisi meriyasına paytaxtda infrastruktur layihələrin həyata keçirilməsi üçün, dövlət büdcəsindən 30 milyon lari veriləcək.
Bu barədə məlumat baş nazir Giorgi Kvirikaşvilinin bugün keçirdiyi görüşdə verildi, hansında Tbilisinin meri Kaxa Kaladze və Maliyyə Naziri Mamuka Baxtadze iştirak edirdilər.
Tbilisinin meri baş nazirə təşəkkür etdi və bildirdi ki, ayrılan əlavə maliyyə resurslar paytaxtın əhəmiyyətli infrastrukturlarının inkişafına xərclənəcək.
Gürcüstanın iqtidar administrasiyasının məlumatına görə, əlavə olaraq, ayrılan 30 milyon lari meriyaya şəhərdə idman infrastrukturunun yaradılmasına imkan verəcək.