Hökumət proqramına əsasən, Gürcüstan Cənubi Koreya ilə azad ticarət haqqında sazişi 2025-ci ildə imzalayacaq
Hökumət proqramına əsasən, Gürcüstan Cənubi Koreya ilə azad ticarət haqqında sazişi 2025-ci ildə imzalayacaq

 
Gürcüstan Cənubi Koreya ilə azad ticarət haqqında sazişi 2025-ci ildə imzalayacaq. Bu barədə parlamentə təqdim olunan hökumət proqramında qeyd olunub.

Sənəddə deyilir ki, yerli şirkətlərin xarici bazarlara çıxışını təşviq etmək üçün hökumətin azad ticarət haqqında sazişlərin imzalanması istiqamətində səyi davam edəcək.

Hökumətin məlumatına əsasən, danışıqlar başa çatıb və 2025-ci ildə Cənubi Koreya ilə azad ticarət haqqında saziş imzalanacaq.

“Hindistan və İsraillə azad ticarət haqqında sazişin imzalanması üçün danışıqlar aparılacaq. Bundan başqa, ABŞ ilə siyasi, eləcə də texniki səviyyədə azad ticarət haqqında saziş üzrə danışıqların başlanması istiqamətində işlər davam etdiriləcək. Fars Körfəzi Ərəb Dövlətləri Şurası (Körfəz ölkələri) ilə azad ticarət haqqında sazişin imzalanması ilə bağlı məsləhətləşmələr davam etdiriləcək və müvafiq danışıqlara başlanılacaq. Həmçinin, Serbiya ilə azad ticarət haqqında saziş üzrə danışıqlara başlanılacaq” – sənəddə deyilir.