Hökumət Administrasiyasının rəhbəri Müqəddəs Taxt-Tacın elçisi ilə görüşüb
Hökumət Administrasiyasının rəhbəri Müqəddəs Taxt-Tacın elçisi ilə görüşüb

 

Gürcüstanın Hökumət Administrasiyasının rəhbəri Levan Jorjoliani Müqəddəs Taxt-Tacın Gürcüstandakı elçisi, arxiyepiskop Ante İoziç ilə görüşüb.

Gürcüstanın Hökumət Administrasiyasının məlumatına əsasən, görüşdə Gürcüstan və Vatikan arasında münasibətləri müzakirə ediblər. Onların məlumatında, qarşılıqlı hörmətə əsaslanan tərəfdaşlığın əhəmiyyətinin vurğulandığı deyilir.

“Təhsil və mədəniyyət sahələrində əməkdaşlığa diqqət ayrılıb. Həmçinin Gürcüstan hökuməti ilə Müqəddəs Taxt-Tacın humanitar təşkilatları arasında sıx koordinasiyanın əhəmiyyətinə toxunulub. Görüşdə “Qrantlar haqqında” Gürcüstan Qanunu haqda danışıblar. Hökumət Administrasiyasının rəhbəri Müqəddəs Taxt-Tacın elçisinə qanunla nəzərdə tutulan prosedurlar barədə məlumat verib və qanunun xarici maliyyələşdirmədə şəffaflığı təmin etməyi hədəflədiyini qeyd edib” – Gürcüstanın Hökumət Administrasiyasının məlumatında deyilir.