Hökumət Administrasiyasının rəhbəri Levan Jorjoliani ABŞ Dövlət Departamentinin nümayəndə heyəti ilə görüşüb
Gürcüstanın Hökumət Administrasiyasının rəhbəri Levan Jorjoliani ABŞ Dövlət Departamentinin baş müşaviri Conatan Askonasın rəhbərliyi ilə ABŞ Dövlət Departamentinin nümayəndə heyəti ilə görüşüb.
Gürcüstan hökumətinin mətbuat xidmətinin məlumatına əsasən, görüş zamanı Gürcüstan hakimiyyəti tərəfindən ölkənin tranzit və əlaqələndiricilik funksiyasının gücləndirilməsi baxımından atılan addımlara diqqət yetirilib.
“Levan Jorjoliani ABŞ tərəfinə Gürcüstan hökumətinin qeyd olunan funksiyanı inkişaf etdirmək məqsədilə dəmir yolu, avtomobil və liman infrastrukturuna qoyduğu əhəmiyyətli investisiyalar haqda məlumat verib. Hökumət Administrasiyasının rəhbəri qeyd edib ki, Gürcüstan hökuməti ABŞ ilə münasibətlərin bu gün mövcud səviyyəsindən məmnun deyil və bir daha strateji tərəfdaşlığı təmiz səhifədən, konkret yol xəritəsi ilə yeniləməyə hazır olduğunu təsdiqləyir.
Görüşdə Gürcüstanın “Tramp Marşrutu” ilə bağlı mövqeyini müzakirə ediblər. “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu”nun (TRIPP) ABŞ tərəfinin yüklərin hərəkət təhlükəsizliyinin zəmanətlərinin yaradılması baxımından regiona mümkün müsbət təsiri qeyd olunub.
Görüş zamanı Tramp administrasiyasının bölgədə sülhün bərqərar olması baxımından səylərinin əhəmiyyətinə diqqət ayrılıb. Gürcüstanın Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşdırılmasındakı rolu müsbət qiymətləndirildi.
Xarici işlər nazirinin müavini Aleksandre Xvtisiaşvili və ABŞ-nin Gürcüstandakı səfirinin vəzifəsinin icraçısı Alan Persel Hökumət Administrasiyasında keçirilən görüşdə iştirak ediblər” – Gürcüstan hökumətinin məlumatında deyilir.