Hökumət Administrasiyasının rəhbəri "ACWA Power"ın biznesin inkişafı istiqaməti üzrə rəhbəri və Mərkəzi Asiya üzrə vitse-prezidenti Saçin Abhyankar ilə görüşüb
Hökumət Administrasiyasının rəhbəri "ACWA Power"ın biznesin inkişafı istiqaməti üzrə rəhbəri və Mərkəzi Asiya üzrə vitse-prezidenti Saçin Abhyankar ilə görüşüb

 

Gürcüstan Hökumət Administrasiyasının rəhbəri Levan Jorjoliani enerji və dayanıqlı infrastruktur sahəsində aparıcı beynəlxalq investisiya şirkəti “ACWA Power”ın nümayəndələri ilə görüşüb.

Hökumət Administrasiyasının mətbuat xidmətinin məlumatına əsasən, tərəflər Gürcüstan və Səudiyyə Ərəbistanı Krallığı arasında mövcud münasibətlərin artan dinamikasını və gələcək tərəfdaşlıq imkanlarını müzakirə ediblər, o cümlədən ölkənin bərpa olunan enerji resurslarının potensialı – günəş və külək elektrik stansiyaları və Qara dəniz sualtı kabel layihəsi vurğulanıb.

Hökumət Administrasiyası rəhbərinin qeyd etdiyi kimi, ölkənin sabit biznes mühiti və strateji mövqeyi böyük beynəlxalq investorlarla uzunmüddətli tərəfdaşlıq üçün əlverişli şərait yaradır.

Levan Jorjoliani böyük beynəlxalq investisiya şirkətinə ölkənin güclü iqtisadi göstəriciləri və rəqabətqabiliyyətli vergi sistemi barədə məlumat verib və qeyd edib ki, Gürcüstan aparıcı beynəlxalq enerji investorlarının ölkənin bərpa olunan enerji və regional ixrac potensialına marağını təqdir edir.

Görüşdə Hökumət Administrasiyasının rəhbərinin müavinləri İlia Şamuqia və Zviad Barkaia, Gürcüstanın Səudiyyə Ərəbistanı Krallığındakı fövqəladə və səlahiyyətli səfiri Nikoloz Revazişvili və “ACWA Power” şirkətinin gürcü tərəfindəki nümayəndəsi Qiorqi Ezuqbaia iştirak ediblər.