Hökumət Administrasiyasında Viktor Orbanın rəsmi qarşılanma mərasimi keçirilib

 
Hökumət Administrasiyasında Avropa İttifaqı Şurasının sədri olan ölkənin, Macarıstanın Baş naziri Viktor Orbanın rəsmi qarşılanma mərasimi keçirilib.

Qarşılanma mərasimində Macarıstanın və Gürcüstanın dövlət himnləri səsləndirilib.

Rəsmi qarşılanma mərasimindən sonra İrakli Kobaxidze ilə Viktor Orbanın təkbətək görüşü, eləcə də genişləndirilmiş formatda görüşü planlaşdırılır, bundan sonra da media üçün birgə bəyanatlar veriləcək.

Avropa İttifaqı Şurasının sədri olan ölkənin baş naziri Macarıstanın xarici işlər və ticarət naziri Piter Siiarto, iqtisadi inkişaf naziri Marton Nadi, maliyyə naziri Mixai Varqa və dövlət katibi İanoş Matenin olduğu hökumət nümayəndə heyəti ilə birlikdə Gürcüstana səfər edib.

İrakli Kobaxidze Viktor Orbanı rəsmi şam yeməyinə qonaq edib.