Hökumət Administrasiyasında təmənnasız qanvermə aksiyası keçirilib
Hökumət Administrasiyasında təmənnasız qanvermə aksiyası keçirilib

 
Gürcüstanın Hökumət Administrasiyası “Qanvermə Bankı” tərəfindən təşkil edilmiş qanvermə aksiyasına qoşulub.

“Qanvermə Bankı”nın ehtiyat fondu verilmiş qanla doldurulacaq.

“Hökumət Administrasiyasının Qan Bankı tərəfindən təşkil edilmiş qanvermə aksiyasına qoşulduğuna görə şadıq. Bununla biz bir daha vətəndaşlarımıza qayğımızı göstəririk. Çox sayda əməkdaşın bu aksiyaya qoşulması təqdirəlayiq haldır və böyük aktivlik qeydə alınır”- Hökumət Administrasiyasının rəhbəri Levan Jorjoliani qeyd edib.

Gürcüstanın Hökumət Administrasiyasında vaxtaşırı analoji aksiya keçirilir.

Məlumatı Gürcüstanın Hökumət Administrasiyası yayır.