Hökumət administrasiyasında biznes sahəsinin nümayəndələri ilə görüş keçirilir
Görüşün başlamasına qədər “Nova” mağazasının baş direktoru, Edişer Ximşiaşvilinin jurnalistlərə bəyan etdiyinə görə, görüşdə söhbət gözlənilən kovid-requlasiyalarına aid olacaq.
“Bildiyim qədər İqtisadiyyat Nazirliyi, Maliyyə Nazirliyi, hökumət aparatı nümayəndələri ilə görüşürük. Dedilər ki, müzakirə etməliyik ki, gələcəkdə pandemiyay paralel olaraq biznes nə cür işləyəcək”, – Edişer Ximşiaşvili bəyan etdi.
Ximşiaşvilinin dediyinə görə, onun hökumətdən konkret tələbləri yoxudur.
“Bu cür mövqe formalaşdırmamışıq, mən şəxsən bu cür mövqe formalaşdırmamışam. Sadəcə olaraq, görüşü gözləyirik. Burada deyəcəklər ki, gələcəkdə necə hərəkət edəcəyik”, – Ximşiaşvili qeyd etdi.
Ona qədər, hökumət admnistrasiyasında hökumətin iqtisadi komandası və restoran biznesi nümayəndələri arasında görüş keçirildi.