Hökumət administrasiyası - İrandan gələn Gürcüstan vətəndaşlarının ölkəyə daxil olması üçün, Gürcüstan hökuməti qonşu ölkələr ilə fəal işləyir
Baş nazir, Giorgi Qaxariyanın rəhbərliyi ilə, koronavirus ilə bağlı fəaliyyət göstərən idarələrarası koordinasiya şurası növbəti iclasını keçirdi.
Gürcüstan baş nazirinin mətbuat xidmətinin məlumatına görə, şuranın bu günki iclasında Səhiyyə naziri, Ekaterine Tikaradze qeyd etdi ki, yeni koronavirus ilə yoluxanların sayı artmayıb, bu vaxta virusa yoluxan üç nəfərin sağlamlıq durumu sabitdir. Koordinasiya şurasına məlumat verildi ki, bu mərhələdə karantində 120-dən artıq insan qalmaqdadır.
“İdarələrarası şurası yeni koronavirusun yayılması prevensiyası məqsədi ilə verilən zəmanətlərin yerinə yetirilməsi barəsində məlumat dinlədi.
Koordinasiya şurasının göstərişi ilə, virusun yayılmasının qarşısının alınması məqsədi ilə, dezinfeksiya işlərini əhaliyə dövlət servislərini həyata keçirən dövlət idarələri, həmçinin “Gürcüstan Dəmiryolu” qatar və stansiyalarda aparacaq.
İclasda qeyd olundu ki, İrandan gələn Gürcüstan vətəndaşlarının ölkəyə daxil olması üçün, Gürcüstan hökuməti qonşu ölkələr ilə fəal işləyir. Onların Gürcüstana keçirilməsi Səhiyyə Nazirliyi tərəfindən işlənib hazırlanmış protokola müvafiq olaraq həyata keçiriləcək”, – hökumət administrasiyası tərəfindən yayılan məlumatda deyilir.