Hökumət Administrasiyası - "Dövlət müəssisəsində əməkhaqqı haqqında” qanuna planlaşdırılan dəyişikliklər büdcədən əlavə xərclər tələb etmir
“Dövlət müəssisəsində əməkhaqqı haqqında” qanuna planlaşdırılan dəyişikliklər büdcədən əlavə xərclər tələb etmir – bu haqda Hökumət Administrasiyasında bəyan ediblər.
Administrasiyanın izahatına əsasən, maaş əlavəsi və pul mükafatı, müvafiq vəzifəli şəxslər üçün, ciddi şəkildə müəyyən edilmiş şərtlər yerinə yetirildiyi təqdirdə, qurumlar üçün qanunla ayrılmış əməkhaqqı fondundan veriləcək.
“Büdcədən bu layihənin reallaşdırılması üçün əlavə bir qəpik belə tələb olunmur. Söhbət bütün təşkilatlar üçün qanunla ayrılmış əməkhaqqı fondu çərçivəsində, konkret vəzifəli şəxslər üçün mükafat və ya əlavələrin verilməsindən gedir və bu da yalnız ciddi şəkildə müəyyən edilmiş şərtlər yerinə yetirildiyi təqdirdə, məsələn, iş vaxtından artıq çalışmaq, xüsusi çətinlik dərəcəsi olan tapşırığın uğurla yerinə yetirilməsi və s.” – Hökumət Administrasiyasında qeyd edirlər.