Hökumət administrasiyası - avtomobil hərəkətinin qadağan edilməsi 21 aprel də daxil olmaqla qüvvədədir, qadağanın mümkün davam etdiriləməsi barəsində koordinasiya şurası sabah müzakirə edəcək
Hökumət administrasiyası açıqlayır ki, avtomobil hərəkətinin qadağan edilməsi 21 aprel də daxil olmaqla, yəni 22 aprelə qədər qüvvədədir, müvafiq olaraq vətəndaşlar üçün minik avtomobili ilə hərəkət etmək sabah qadağandır.
Mətbuat xidmətinin məlumatına görə, qadağanın mümkün davam etdirilməsi barəsində nazirin rəhbərliyi ilə koordinasiya şurası sabah müzakirə aparacaq. Bundan sonra qəbul olunan qərar barəsində ictimaiyyət məlumatlandırılacaq.
Hökumət administrasiyası vətəndaşlara müraciət edir, qadağanın müddətlərini nəzərə alsınlar ki, qanunun pozulması başdan rədd edilsin.