Hizer Nauert - ABŞ NATO-nun 2008-ci ilin Buxarest deklarasiyasını dəstəkləyir, hansına əsasən, Gürcüstan NATO-nun üzvü olmalıdır
ABŞ Dövlət Departamenti Avropa və Avrasiya məsələləri üzrə dövlət katibinin yardımçısı Ues Mitçelin Gürcüstana səfərinə səsləndi.
Departamentin rəsmi nümayəndəsi Hizer Nauert qeyd edir ki, Ues Mitçel aprelin 29-dan mayın 1-nə qədər gürcü yüksək rütbəliləri ilə görüşlər keçirdi. Onların arasında prezident və baş nazir də var.
Əsas müzakirə mövzusu isə, iki tərəfli stabil əlaqələr və Gürcüstanın demokratik və iqtisadi islahatları oldu.
Hizer Nauertin dediyinə görə, Ues Mitçel yenə bir dəfə təsdiqlədi ki, ABŞ Gürcüstanın suverenliyini və beynəlxalq hüquq tərəfindən qəbul edilən sərhədlər çərçivəsindəki ərazi bütövlüyünü dəstəkləyir.
O həmçinin, yenə bir dəfə təsdiqlədi ki, ABŞ NATO-nun 2008-ci ilin Buxarest deklarasiyasını dəstəkləyir, hansına əsasən, Gürcüstan NATO-nun üzvü olmalıdır.