“Hizbullah”ın pilotsuz uçuş aparatları ilə İsrailin hərbi bazasına hücumu nəticəsində İsrail ordusunun 4 hərbçisi həyatını itirib

12:43, 14.10.2024

 
“Hizbullah”ın pilotsuz uçuş aparatları ilə İsrailin hərbi bazasına hücumu nəticəsində İsrail ordusunun 4 hərbçisi həyatını itirib.

İsrailin Müdafiə Qüvvələrinin məlumatına əsasən, hücum Qolan bazasına edilib.

İsrail mediası hücum nəticəsində xəsarət almış 41 əsgərin hələ də xəstəxanalarda qaldığını, o cümlədən 8 hərbi qulluqçunun vəziyyətinin ağır olduğunu yazır.

Ümumilikdə, “Hizbullah”ın hücumu nəticəsində İsrail ordusunun 58 əsgəri xəsarət alıb.

Qolan bazasına hücumdan sonra İsrailin müdafiə naziri Yoav Qalant və İsrail Ordusunun Baş Qərargah rəisi Herts Halevi hadisə yerinə gediblər.

Oxşar