“Hizbullah”ın lideri Naim Ğasemi İsrailə qarşı mübarizəni “son nəfəsə qədər” davam etdirəcəyini bildirir

18:21, 10.04.2026

 

“Hizbullah”ın lideri Naim Ğasemi İsrailə qarşı mübarizəni “son nəfəsə qədər” davam etdirəcəyinə söz verib.

“Əvvəlki vəziyyətə qayıtmağa razılaşmayacağıq və hakimiyyətdə olanları azad kompromisləri dayandırmağa çağırırıq” – Naim Ğasemi bildirib və İsraili 2024-cü ilin noyabr ayında atəşkəs razılaşmasına baxmayaraq yeni hücumlar həyata keçirməkdə günahlandırıb.

“Biz düşmənin təhdid və ya silahından qorxmuruq, çünki biz torpağın sahibləriyik” – Naim Ğasemi qeyd edib.

Bundan əvvəl İsrailin Baş naziri Benyamin Netanyahu hökumətə Livanla danışıqlar aparmaq tapşırığını verdiyini bəyan etmişdi. Tehran Livana hücumların davam etməsinə dözməyəcəyini bəyan edir.

Oxşar