“Hizbullah”da İsrailin “Dəmir Qübbə”sinə uğurlu hücum həyata keçirdiklərini bildirirlər

12:55, 22.10.2024

 
“Hizbullah” İsrailin Təl-Əviv şəhərinə raket zərbəsi endirib. Livanlı qruplaşma İsrailin hava hücumundan müdafiə sisteminə – “Dəmir Qübbə”yə uğurlu hücum həyata keçirdiyini iddia edir.

Həmçinin, “Hizbullah”da İsrailin Haifa şəhərinin şimal-qərbində yerləşən “Stella Maris” hərbi dəniz bazasını müasir sistemli raketlərlə bombaladıqlarını bildirirlər. Livanlı qruplaşma iddia edir ki, İsrail hərbçiləri münaqişənin gərginləşməsinə cavab olaraq Təl-Əvivdə fövqəladə tədbirlər elan ediblər.

“Hizbullah”ın bəyanatına əsasən, Təl-Əvivin kənar məhəlləsində eləcə də hərbi kəşfiyyat bölməsinin 8 200-ün Qillot bazası bombalanıb.

İsrail mediası Livandan İsrailin mərkəzi hissəsi istiqamətində 5 raketin, şimal bölgələri istiqamətində isə 15 raketin atıldığını xəbər verir. İsrail mediası Haifa şəhərinin cənub rayonunda raket parçalarının avtomobillərə və binaya ziyan vurduğunu yazır.

Oxşar