“Hizbullah” tərəfindən İsrailin Haifa şəhərinə edilən hücum nəticəsində azı 6 nəfər xəsarət alıb

10:30, 07.10.2024

 

“Hizbullah” tərəfindən Şimali İsrailə edilən hücum nəticəsində azı 6 nəfər xəsarət alıb. Hücum Haifa şəhərinə həyata keçirilib.

“Hizbullah”da, onların hədəfinin Haifada yerləşən hərbi baza olduğunu bildirirlər. Məlum olduğu kimi, ilk dəfədir “Hizbullah” tərəfindən atılan raket Şimali İsrailə düşüb.

Bundan əvvəl İsrailin Müdafiə Qüvvələrində Haifa istiqamətində 5 raketin atıldığını, onların bir neçəsini vura bildiklərini, bir neçəsinin isə şəhərə düşdüyünü bildirirdilər.

Həmçinin, israilli yüksək vəzifəli şəxslərin məlumatına əsasən, son 24 saatda “Hizbullah” ölkə istiqamətində 100-dən çox raket atıb, bununla eyni zamanda İsrail Beyrutun cənubuna hücumlarını davam etdirir.

Oxşar