“Hizbullah” İsrail istiqamətində təxminən 200 raket atıb, iki nəfər yaralanıb
“Hizbullah” İsrail istiqamətində təxminən 200 raket atıb, iki nəfər yaralanıb

Şiə silahlı qruplaşması, “Hizbullah”, İsrail istiqamətində təxminən 200 raket atıb. Hücum nəticəsində iki nəfər yaralanıb.

İsrail mediasının məlumatına görə, ilkin mərhələdə Livandan ölkənin şimal bölgələrinə təxminən 100 raket atılıb, bir neçə saat ərzində isə əlavə 100 raket atılıb. Həyəcan siqnalları Livan sərhədindən 50 kilometr radiusda yerləşən yaşayış məntəqələrində işə düşüb.

Məlumata görə, “Hizbullah” tərəfindən atılan bütün raketlər İsrail sərhədini keçməyib. “Hizbullah” həmçinin uzaq mənzilli raketlər atıb, nəticədə Tel-Əviv və ətraf şəhərlərdə həyəcan siqnalları işə düşüb. Eyni zamanda dronların sızması barədə məlumatlar yayılıb.

İsrail mediasının məlumatına görə, bu, müharibə dövründə “Hizbullah”ın ən genişmiqyaslı hücumu olub.