“Hizbullah” İsrail istiqamətində 120-dən çox raket atıb, azı 5 nəfər xəsarət alıb, Cənubi Livanda İsrailin hava hücumu zamanı isə “Hizbullah”ın dron bölməsinin üzvü həyatını itirib

18:19, 24.10.2024

 
Livanın “Hizbullah” şiə qruplaşması bu gün Şimali İsrail istiqamətində 120-dən çox raket atıb. Bu haqda bəyanatı İsrailin Müdafiə Qüvvələri yayır.

Şimali İsraildə raket qalıqlarının düşməsi nəticəsində 84 yaşlı kişi də daxil olmaqla azı 5 nəfər xəsarət alıb.

Bununla yanaşı, İsrailin Müdafiə Qüvvələrində Cənubi Livanda bu gün həyata keçirilmiş hava hücumu nəticəsində “Hizbullah”ın dron bölməsinin üzvünün həlak olduğunu bildirirlər.

Oxşar