“Hizbullah” İsrail hərbçilərinin Cənubi Livana daxil olmasını inkar edir
“Hizbullah” İsrail hərbçilərinin Cənubi Livana daxil olmasını inkar edir. Bu haqda məlumatı “CNN” yayır.
“Sionistlərin işğalçı qüvvələrin Livana daxil olması ilə bağlı iddiası yalandır” – “Hizbullah”ın media nümayəndəsi deyib.
“Hizbullah”ın məlumatına əsasən, İsrail Livan ərazisinə daxil olmağa cəsarət etsə, onlar birbaşa qarşıdurmaya hazırdırlar.
Məlumat üçün bildirək ki, bu gün səhər İsraildə məhdud, lokallaşdırılmış və nöqtəli quru əməliyyatının davam etdiyini bəyan ediblər. Bununla yanaşı, İsrailin Müdafiə Qüvvələrində sərhəd yaxınlığında yerləşən hədəflərin İsrail xalqı üçün birbaşa təhlükə olduğunu deyirlər.