Hindistanın Xarici İşlər Naziri - Arzu edirəm ki, Hindistan və Gürcüstan arasında münasibətlər gələcəkdə daha da möhkəmlənsin
Hindistanın Xarici İşlər Naziri - Arzu edirəm ki, Hindistan və Gürcüstan arasında münasibətlər gələcəkdə daha da möhkəmlənsin

Arzu edirəm ki, Hindistan və Gürcüstan arasında mövcud əlaqələr gələcəkdə daha da möhkəmlənsin. – Hindistanın Xarici İşlər Naziri Subrahmanyam Caishankarın “X” sosial şəbəkəsində dərc etdiyi bəyanatında deyilir.

Subrahmanya Caişankar bu sözlərlə onu yenidən Hindistanın Xarici İşlər Naziri vəzifəsinə təyin olunması münasibətilə təbrik edən, iki ölkə arasında dostluq və əməkdaşlığı gücləndirmək arzusunda olduğunu bildirən gürcü həmkarı İlia Darçiaşviliyə cavab verib.

Xarici işlər nazirləri bir-birlərinə uğurlar arzulayıb, birgə işə ümid ediblər.

Bu barədə Gürcüstan Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.