Hindistanın hücumundan sonra, Pakistan hökuməti ölkənin silahlı qüvvələrinə "müvafiq tədbirlərin görülməsi" səlahiyyətini verib
Hindistanın hücumundan sonra, Pakistan hökuməti ölkənin silahlı qüvvələrinə “müvafiq tədbirlərin görülməsi” səlahiyyətini verib.
Pakistanın Baş naziri Şehbaz Şarifinin administrasiyası tərəfindən yayılmış bəyanata əsasən, BMT Nizamnaməsinin 51-ci maddəsinə uyğun olaraq, Pakistangünahsız pakistanlıların həyatını itirməsinə və suverenliyinin açıq-aşkar pozulmasına görə müdafiə məqsədi ilə seçdiyi vaxt, yerdə və tərzdə qisas almaq hüququnu özündə saxlayır.
Bəyanatda deyilir ki, Milli Təhlükəsizlik Komitəsi bu gün toplaşıb və Hindistanın “təhriksiz, qorxaq və qanunsuz müharibə aktını” pisləyib.
“Bu təhriksiz və əsasız hücumlar xəyali terror düşərgələrinin mövcudluğuna dair yalan bəhanə ilə qəsdən mülki əhaliyə qarşı yönəldilmişdi, bu günahsız kişi, qadın və uşaqların şəhid olmasına səbəb oldu və məscidlər də daxil olmaqla mülki infrastruktur zərər gördü. Hücumlar beynəlxalq hüquqa əsasən, açıq-aşkar müharibə aktları idi” – bəyanatda qeyd olunub.