Hindistanın Əhmədabad şəhərində Londona reys yerinə yetirən "Air India" aviaşirkətinə məxsus təyyarə qəzaya uğrayıb, yayılmış məlumatlara əsasən, göyərtədə 240-dan çox insan olub
Hindistanın Əhmədabad şəhərində Londona reys yerinə yetirən "Air India" aviaşirkətinə məxsus təyyarə qəzaya uğrayıb, yayılmış məlumatlara əsasən, göyərtədə 240-dan çox insan olub

 

Hindistanın Əhmədabad şəhərində “Air India” aviaşirkətinə məxsus təyyarə qəzaya uğrayıb.

“Reuters” agentliyinin məlumatına əsasən, təyyarə Londona reys yerinə yetirirmiş.

Qəza təyyarənin havaya qalxması zamanı baş verib. O, ehtimal ki, məskunlaşmış əraziyə düşüb. Yayılmış məlumatlara əsasən, təyyarənin göyərtəsində təxminən 240-dan çox insan olub.

Qurbanlar barədə hələlik heç nə bilinmir. Sosial şəbəkələrdə yayılmış görüntülərdə insanların təcili yardım avtomobilləri ilə aparıldığı görünür.