Hindistanda torpaq sürüşməsi və daşqınlar nəticəsində azı 50 nəfər öldü

13:22, 21.08.2022

Hindistanın şərq və şimal vilayətlərində torpaq sürüşmələri və daşqınlar azı 50 nəfərin həyatına son qoydu. Məlumatı “Reuters” agentliyi yayır.

Hindistanın şimal və şərq vilayətlərində son üç gündə yağan güclü yağışlar daşqın və torpaq sürüşməsinə səbəb oldu. Təbii fəlakətlər yüzlərlə kənddə evləri dağıtdı, nəticədə əhali açıq havada qaldı.

Xüsusilə Hindistanın şimalında, torpaq sürüşməsi və daşqınlar nəticəsində 36 nəfərin öldüyü Himçal-Pradeş ştatında vəziyyət ağırdır. Qonşu Uttarxand ştatında 4 nəfər ölüb, 13 nəfər itkin düşüb.

Hindistanın şərqindəki Odişa və Carxand ştatlarında güclü yağışlar nəticəsində azı 15 nəfər öldü.

Daşqınlar və sürüşmələr nəticəsində 800 mindən çox insan evlərini tərk etmək məcburiyyətində qaldı. 120 min insan sığınacaqlara köçürülüb.

Oxşar