Hindistanda təyyarə qəzası nəticəsində qurbanların sayı 317-yə qədər yüksəlib
Hindistanda təyyarə qəzası nəticəsində qurbanların sayı 317-yə qədər yüksəlib. Hindistan mediasına əsasən, mülki xəstəxananın personalının yaşayış ərazisində 75 nəfərin cəsədini tapıblar.
Medianın məlumatına əsasən, təyyarənin göyərtəsində 242 nəfər olub. Yayılmış məlumata əsasən, təyyarədə olan bir nəfər sağ qalıb.
Məlumat üçün bildirək ki, “Air India” aviaşirkətinə məxsus təyyarə Əhmədabad Beynəlxalq Hava Limanından havaya qalxdıqdan bir neçə dəqiqə sonra yaşayış rayonuna düşüb. Təyyarə Londona uçurdu.
Pakistanın Baş naziri Şehbaz Şərif təyyarə qəzası ilə bağlı qurbanların ailələrinə başsağlığı verib.