Hindistanda son bir gündə 19 906 yeni hal aşkar edildi, 410 insan isə, vəfat etdi
Hindistanda son bir gündə 19 906 yeni hal aşkar edildi, 410 insan isə, vəfat etdi

Hindistanda “COVID-19”-un yeni hallarının növbəti günlük rekordu qeydə alındı.

Son 24 saat ərzində, ölkədə 19 906 yeni hal aşkar edildi.

Məlumatı “CNN” yayır.

Son bir gün ərzində virusdan 410 insan vəfat etdi.

Ümumilikdə ölkədə 528 859 hal qeydə alınıb, 16 mindən artıq insan vəfat edib.

Virusdan bu vaxt üçün 309 712 pasiyent sağalıb.