Hindistanda koronavirusun təsdiq olunmuş hallarının sayı 3.1 milyonu aşdı
Hindistanda koronavirusun təsdiq olunmuş hallarının sayı 3.1 milyonu aşdı. Məlumatı “Reuters” yayır.
Hindistanda son 24 saat ərzində koronavirusun 61 408 yeni halı qeydə alındı, 836 insan vəfat etdi. Məlumatı ölkənin Səhiyyə Nazirliyi yayır.
Yeniləşdirilmiş göstəricilərlə, Hindistanda pandemiyanın başlamasından bu günə qədər koronavirusa 3 106 348 insan yoluxdu, 57 542 insan vəfat etdi.