Hindistanda koronavirusun 92 071 yeni halı aşkar edildi

10:18, 14.09.2020

Hindistanda koronavirusun 92 071 yeni halı aşkar edildi. Məlumatı “Reuters” ölkənin Federal Səhiyyə Nazirliyinə istinad edərək yayır. Virusun yayılması göstəriciləri ilə, Hindistan ABŞ-dan sonra dünyada ikinci yerdədir.

Son bir gün ərzində ölkədə koronavirusdan 1 100-dən artıq pasiyent vəfat etdi. Ümumilikdə ölənlərin sayı 79 722-ni təşkil edir.

Oxşar