Hindistanda koronavirusun 55 722 yeni halı aşkar edildi, 579 paiyent vəfat etdi
Hindistanda koronavirusun 55 722 yeni halı aşkar edildi. Koronavirusdan 579 pasiyent vəfat etdi. Bu isə, son dörd ay ərzində qeydə alınan ölüm hallarının ən aşağı göstəricisidir. Məlumatı “Qardian” ölkənin Səhiyyə Nazirliyinə istinad edərək yayır.
Pandemiyanın başlamasından bu günə qədər Hindistanda koronavirusun yeddi milyondan artıq halı qeydə alınıb, 114 610 insan vəfat edib.