Hindistanda koronavirusun 49 931 yeni halı aşkar edildi, 708 insan vəfat etdi
Hindistanda koronavirusun 50 minə yaxın yeni halı aşkar edildi. “CNN”-nin məlumatına görə, ölkə üçün bu rekord olaraq yüksək göstəricidir.
Ölkənin Səhiyyə Nazirliyinin məlumatına görə, Hindistanda son 24 saat ərzində koronavirusun 49 931 yeni halı aşkar edildi.
Son bir gün ərzində Hindistanda koronavirusdan 708 insan vəfat etdi. Ümumi vəfat edənlərin sayı 32 771-i təşkil edir.