Hindistanda koronavirusun 28 700 yeni halı aşkar olundu, 500 insan vəfat etdi
Hindistanda ötən gecə ərzində koronavirusa yoluxanların sayı 28 700 ilə artdı.
Ölkə, 878 254 virusa yoluxanla dünyada üçüncü yerdədir.
Virusdan artıq 550 mindən artıq insan müalicə olunaraq sağaldı. 300 minə qədər pasiyent bu vaxta qədər müalicəsini davam etdirir.
Epidemiyanın yayılmasından bu günə qədər virus nəticəsində 23 174 insan vəfat edib.
Ötən gecə ərzində koronavirus nəticəsində 500 insan dünyasını dəyişdi.