Hindistanda koronavirusun 24 721 yeni halı aşkar edildi, 312 pasiyent vəfat etdi
Braziliyada son 24 saat ərzində koronavirusun 24 721 yeni halı aşkar edildi. Bununla yanaşı ötən gecə ərzində ölkədə virusdan 312 pasiyent vəfat etdi. Müvafiq məlumatı “Reuters” ölkənin Səhiyyə Nazirliyinə istinad edərək yayır.
Pandemiyanın başlamasından bu günə qədər ölkədə koronavirusun on milyondan artıq təsdiq olunmuş halı aşkar edilib. O cümlədən 146 756 pasiyent vəfat edib.
Con Hopkins Universitetinin göstəriciləri ilə, vəfat edənlərin sayına əsasən, Hindistan ABŞ və Braziliyadan sonra dünyada üçüncü yerdədir. Yoluxma hallarının sayı ilə isə, ABŞ sonra ikinci yerdədir.